Browsing category

Mərkəzi Qurumlar

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub. Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü […]

Daxili İşlər naziri Mingəçevirə gələcək

Daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdə fəaliyyəti ilə bağlı vətəndaşların üzləşdikləri problemlərlə tanışlıq və qaldırılan məsələlərin mümkün qədər yerində həlli məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulunun keçirilməsi planlaşdırılmışdır. Mingəçevir şəhər sakinlərinin qəbulu 19 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsində Daxili İşlər naziri, […]

“ART LİNE” layihəsi uğurla davam etdirilir

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla davam etdirilir. Layihəyə uyğun olaraq, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə, peşəkar təlimçi Aynur Arazqızı tərəfindən keçilən təlimlərdə gənclər, […]

“Tükənən ehtiyatsız olan suyun qənaətlə istifadə istiqamətində ictimaiyyətin maarifləndirilməsi” layihəsi həyata keçirilib

Layihə çərçivəsində nəzərdə tutulan təlimlər Mingəçevir şəhərində həyata keçirilib. “İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan yeniyetmə və gənclərin mövzu istiqamətində bilik və bacarıqlarının artırılması ilə yanaşı cəmiyyətin digər üzvləri üçün faydalı məlumatları ötürə biləcək […]

Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradıldı

Azərbaycan höküməti ilə Çin hökuməti arasında iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında 8 dekabr 2014-cü ildə bağlanmış  “Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi başa çatıb. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib. Onun dediyinə görə, layihə çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş zəruri avadanlıqlar aidiyyəti […]

50-150 nəfərlik toylara yalnız COVİD-19 pasportu olan şəxslər buraxılacaq

Son aylarda COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin təzahürüdür. Müşahidə olunan müsbət tendensiya, habelə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır. Bu barədə Nazirlər Kabineti […]

İlham Əliyevin Şuşaya səfəri

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi. Prezident […]

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Mingəçevirdə

Dekabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmitinin təhbərliyi ilə nümayəndə heyəti  Mingəçevirdə olub.  Onlar su anbarının sahil zolağına, Kür çayının sahilinə və digər turizm rekreasiyalarına baxış keçirib, ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov […]