Browsing author

Mingəçevir İşıqları

Mingəçevir Turizm Kollecinin futbol komandası ölkə üzrə ikinci oldu

Naxçıvan Muxtar Respublikanın 100 illiyinə həsr edilmiş tələblər arasında futzal üzrə turnir başa çatıb. 19 ali və orta ixtisas təhsil müəssisələri komandalarının iştirak etdiyi turnirdə Mingəçevir Turizm Kollecinin komandası finala qədər yüksələrək, “Gümüş” medal qazanıb. Çətin mübarizə şəraitində keçən final görüşündə Mingəçevir Turizm Kolleci ilə Naxçıvan Dövlət Universitetinin futbol komandaları qarşılaşıb. Kollecinin tələbəsi Məhərrəmov Elxan […]

Region gəncləri Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 32-ci ildönümündə yad etmək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.  Tədbirlər region gənclərinin Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin […]

BQXK AZƏRBAYCANDA

BQXK, münaqişənin təsirinə məruz qalmış icmaların üzləşdikləri çətinlikləri azaltmaq məqsədilə  1992-ci ildən etibarən regionda fəaliyyət göstərir. 2023-cü il ərzində silahlarla çirklənmə ilə bağlı maarifləndirmə işləri, münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması  istiqamətində aidiyyəti hakimiyyət orqanlarına dəstək, humanitar müdafiə və münaqişənin təsirinə  məruz qalmış icmaların dolanışığına dəstək göstərilməsi kimi fərqli fəaliyyətlər həyata keçirilib.  Müxtəlif […]

Günel qadın saç ustası kimi yeni həyata başlayır

90-cı illərin əvvəllərində Qarabağ müharibəsi ilə əlaqədar yüz minlərlə insan ev-eşiyini tərk edəndə Günelin ailəsinin yaşadığı Kəlbəcər rayonunun Şaplar kəndi də viran qalır, sahib olduqları ev, bağ, bostan, mal-qara, bir sözlə bütün əmlakları əllərindən çıxır. Ailə 1993-cü ildə beynəlxalq ictimaiyyətin dəstəyi ilə yerli hakimiyyət orqanları tərəfindən Yevlax rayonunda salınmış “EKO” (Fin tipli evlər) köçkün düşərgəsində […]

Gənc aşpaz usta yanında şagirdlik proqramı fürsətindən yararlanır

Kulinariya həvəskarları nəslindən olan 20 yaşlı Rəvan Əhmədovun kulinariya həvəsi hələ gənc yaşlarında atasının məharətlə ləzzətli yeməklər hazırlamasını müşahidə edərkən yaranıb. Atası kulinariya ixtisası peşə təhsilini fərqlənmə diplomu ilə bitirmiş və özünü kulinariya sənətinə həsr etmiş, kənd məclislərində peşəkar aşpaz kimi xidmət göstərmişdi. Bu irsdən ilhamlanan Rəvan rəsmi təhsil almağa can atır və peşəkar aşpaz […]

İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələri barəsində ictimai məlumatlandırma təşəbbüsünün icrasına başlanıb

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  01 noyabr 2023-cü ildən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsünün icrasına başlanıb. Bu təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. […]

2 məktəbdə işsiz gənc analarla görüş keçirildi

Ötən həftənin sonlarında Mingəçevirdəki 3 və 11 saylı orta məktəblərdə “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə 60-dan artıq valideynlə görüş keçirilib. Onlar məktəb ictimai şuralarının bir həftə davam edən araşdırmalarından sonra işə daha çox ehtiyacı olan analar kimi toplantılara qatılıb. Təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz sizin məktəbin […]

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: Konfrans zalı və kofe fasiləsinin təşkili üçün təklif gözlənilir

2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətləri yerinə yetirən fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir: Konfrans zalı (kompüter və proyektoru olan, internetlə və istilkilə təchiz edilən, azı 25 […]

“Mingəçevir Odisseyası”

Az qaldı. Cəmisi bir neçə saatdan sonra əziz şəhərimiz, doğma Mingəçevirimiz 75 yaşına qovuşa-caq. Xeyirli, uğurlu olsun. Təbii, bu əlamətdar tarixi günlə bağlı çeşidli tədbirlər keçirilir, qədirbilən mingəçevirlilər doğma və müqəddəs yurd yerlərinin sevincinə şərik olurlar. Möhtəşəm ZƏFƏR BAYRAMI, BAYRAQ GÜNÜ və 75 yaşlı nur timsallı Mingəçevirin ad günü. Bu qürurverici, möhtəşəm, vətəndaş məm-nunluğu və […]