Browsing author

Mingəçevir İşıqları

Uşaqlar üçün yaddaqalan gün

Ailələrə Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial  Müdafiəsi” adlı layihəsini davam etdirir. Layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layıhədə qarşıda duran əsas vəzifə uşaqların özlərini kəşf edə bilmələrini, yaşadıqları problemlərin öhdəsindən gələ bilmələrini, həyata daha pozitiv və real baxa bilmələrini, yaşam keyfiyyətlərini […]

Məhv olmuş meşələr

İmişli rayonu Kür-Araz ovalığı Mil düzünün Şimali və Muğan düzünün bir hissəsində yerləşir. Ümumi ərazisi 1890 km² olan rayonun yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən isə Araz çayı axır. Bitki örtüyü yarımsəhra tipidir. Quru çöl iqlimi şəraitində landşaftda bitkilər aləmində Tuqay meşələri xüsusi yer […]

Qeyb olmuş balıqlar

İmişli rayonunun Mirili kəndi Araz çayı hövzəsinin sahilboyu yaşayış məntəqələrindən biridir. Çaydan bir kilometrlik ərazidə yerləşən bu kiçik kənddə sakinlərin bəziləri asudə vaxtlarını həvəskar ovçu kimi balıq ovuna həsr edirlər. Kənd sakini Əlifağa Qasımov ov həvəskarı olduğu gənclik illərində-daha doğrusu, 1985-ci ildə çayın Mirili kəndindən keçən ərazisində iri bir naxa balığı ovladığını söyləyir. Şahidlərin sözlərinə […]

Mingəçevirin dörd problemi ilə bağlı üç dövlət qurumuna müraciət göndəriləcək

20 iyul 2024-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Mingəçevirdə sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, işsizliyin aradan qaldırılması, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməsi və Sahil parkında əhalinin istirahətinin normal təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub. Birinci məsələ barədə şura sədrinin müavini Vaqif Həsənov məlumat […]

Mingəçevir Resurs Mərkəzinə 4 işçi tələb olunur

“Mingəçevir Resurs Mərkəzi” MMC-yə aşağıdakı peşələr üzrə təcrübəli işçilər tələb olunur: 1.Psixoloq (əhaliyə fərdi və qrup şəklində psixoloji yardımlar göstərəcək); 2.Hüquqşünas (müxtəlif təbəqən olan insanlara məhkəməyə qədər hüquqi xidmətlər göstərəcək); 3.İqtisadçı/mühasib (kiçik və orta sahibkarlara iqtisadi və mühasibət xidmətləri göstərəcək); 4.Xadimə (xidmət ərazisində gündəlik təmizlik işləri aparacaq). Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsinin surəti; CV (mobil […]

“Mingəçevirdə Valideyn Təlatümü” sənədli filmi ictimaiyyətə təqdim olunub

“Biz “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə başlayanda bu qədər uğurlu nəticə əldə edəcəyimizi düşünmürdük. Ötən ilin dekabr ayında təcrübəli ekspertlərimiz 21 işsiz qadına 60 saatlıq psixoloji, hüquqi və iqtisadi mövzuda qrup təlimlər, ardınca fərdi məsləhətlər verdi. Yanvar ayından sahibkar müəssisələrində usta yanında şagird hazırlığına başlandı. Onların 8-i stilist-vizajist, 7-si dərzi, 3-ü şirniyyat, 2-si dırnaqlara qulluq və […]

Uşaqların özlərini kəşf edə bilməsi üçün…

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial Müdafiəsi” adlı layihəyə start verib. Əsas məqsəd aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Uşaqların özlərini kəşf edə, yaşadıqları problemlərin öhdəsindən gələ,  həyata daha pozitiv və real baxa, cəmiyyətdə özlərini qəbul etdirə bilməsinə, yaşam keyfiyyətlərini yüksəltməsinə nail olmaq […]

Mingəçevirdə keçmiş köçkünlər hüquqi sahədə ilkin biliklərə yiyələndilər

Ötən həftənin sonunda “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə növbəti təlim də keçirilib. Təlimçi Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test qiymətləndirməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar, imtiyazlar və qrantlarla bağlı […]

Keçmiş köçkünlər maliyyə bacarıqlarını artırırlar

“Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi üzrə psixoloji təlimin ardınca 3-4 iyul 2024-cü ildə iqtisadi təlim keçirilib. İqtisadçı Elnur Həsənzadə 2 gün ərzində keçmiş məcburi köçkün gənclərə iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə danışıb. Təlimin […]

Mingəçevirdə məskunlaşan keçmiş köçkünlərə psixologiya dərsləri

“Mingəçevir Valideynlər Assosiasiyası” (MVA) İctimai Birliyi 2024-cü ilin iyun ayından “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlayıb. İlkin mərhələdə 65 ailə arasında canlı sorğu keçirilib, bundan sonra peşəyə daha çox ehtiyacı olan 10 köçkün təlimlərə cəlb olunub. 1-2 iyul 2024-cü ildə Mingəçevir Media Mərkəzində psixoloji mövzuda ilk təlim baş tutub. […]