Qeyb olmuş balıqlar
İmişli rayonunun Mirili kəndi Araz çayı hövzəsinin sahilboyu yaşayış məntəqələrindən biridir. Çaydan bir kilometrlik ərazidə yerləşən bu kiçik kənddə sakinlərin bəziləri asudə vaxtlarını həvəskar ovçu kimi balıq ovuna həsr edirlər. Kənd sakini Əlifağa Qasımov ov həvəskarı olduğu gənclik illərində-daha doğrusu, 1985-ci ildə çayın Mirili kəndindən keçən ərazisində iri bir naxa balığı ovladığını söyləyir. Şahidlərin sözlərinə […]