Browsing author

Mingəçevir İşıqları

Fərman Nəbiyev: “Mingəçevirdə demokratiya qalib gəldi”

İyulun 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib. Şuranın sədri vəzifəsinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və “Şəhər Veteranları Şurası”nın sədr müavini Rizvan Mikayıllının namizədlikləri irəli sürülüb. Tərəflər hər iki şəxsin üstün cəhətlərini təqdim etməyə çalışıblar. Gərgin mübarizə şəraitində  keçən prosesə məsafədən qatılan “Kanal-32” Media şəbəkəsinin baş direktoru İnqilab […]

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı

2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib. Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf […]

QHT Agentliyinin ilk dəfə Mingəçevirdə təşkil edəcəyi I İnkişaf və Mübadilə Proqramına qeydiyyat davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır. Proqram çərçivəsində Mingəçevir şəhərində 3 günlük (30, 31 iyul və 1 avqust 2022-ci il) təlim təşkil olunacaq. Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq. Seçimdə üstünlük verilir: – Bu mövzuda təlimlərdə ilk dəfə iştirak […]

“Zəfər Parkında oğlumun şəkli olmayacaq”

Vətən müharibəsi qazisi, baş-leytenant Dünyamin Məmmədovun ölümünün ildönümüdür. Qəhrəmanımız 2021-ci il iyul ayının 5-də Laçında xidmət zamanı sətəlcəm olub. Səhhəti gərginləşən Dünyamin Məmmədov Bakıda bir neçə xəstəxanada müalicə alsa da, böyrək çatışmazlığından dünyasını dəyişib. 1993-cü ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Dünyamin Məmmədov uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.  Doğmalarının söylədiyinə görə qəhrəmanımız […]

Nə yaxşı ki… və yaxud axı niyə?

Bu ölkədə hər rayon üzrə mənim “qardaşım” deyə biləcəyim ən azı bir (elə rayon var, üçdü-beşdi, hətta ailəlikcə, bir neçə ailə) şərəfli, ləyaqətli, mübariz AZƏRBAYCANLI kimi tanıdıqlarım var! Onlardan birinin ad günüdür sabah – 27 iyun 2022-ci ildə əziz dostum, başından qəzavü-qədərlər əskik olmayan Zahir Əmənovun 70 yaşı tamam olur. Gözləmədim ki, onun yaşını mənə […]

Azərbaycan özünün müdafiə qüdrətini durmadan artıracaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda yeni hərbi hissənin açılışı və komando hərbi hissəsinə döyüş bayrağının verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycanda ordu qruculuğu işi bu gün daha böyük vüsətlə həyata keçirilməkdədir. Dövlət başçısının bu əlamətdar […]

40-dan çox gənclər təşkilatının üzvləri bir-bilərini daha yaxından tanıya bildilər

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə 25-28 iyun tarixlərində Lənkəran şəhərində 40-dan çox gənclər təşkilatının layihə menecerlərinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib. Məlumat üçün bildirək ki, gənclər təşkilatlarının layihələr üzrə menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi […]

Taxıl sahələrini yanğın təhlükəsindən necə qoruya bilərik?

Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir. Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak […]

29 il əvvəl baş verənlər bir daha xatırlandı

İyunun 14-də Mingəçevirdə “Ümummilli lider Heydər Əliyev-Milli Qurtuluşumuzun müəllifi” adı ilə elmi-nəzəri konfrans keçirilib. Tədbir iştirakçıları əvvəl ulu öndərin abidəsini ziyarət edib,  onun fəaliyyətindən bəhs edən sərgiyə və filmə baxıb, ruhunu bir dəqiqəlik sükutla yad edib. Heydər Əliyev Mərkəzində baş tutan konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, […]

Günəş şüalarının yarada biləcəyi təhlükələrdən xəbərdarsınızmı?

İstilər ən çox körpələrə, hamilə qadınlara, açıq sahədə çalışan insanlara, şəkər, ürək-damar, qara ciyər, böyrək xəstəliyi olan, davamlı dərman qəbul edən insanlara pis təsir edir. Həddindən artıq istilər nəticəsində insanlar özlərində bəzi narahatlıqlar hiss edirlər. Günəş şüaları gün vurmasına gətirib çıxara bilər. Bu isə təcili müalicə olunmazsa,  ölümə də gətirib çıxarar. Günəş vurmuş insanın istiliyi […]