Browsing author

Mingəçevir İşıqları

Qəza zamanı ilk növbədə başınızı qoruyun!

Avtomobil qəzaları zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl etməklə həyatı təhlükələrdən xilas ola bilərik. Qəza zamanı nə etməli:    – qəza zamanı, ilk növbədə, başınızı qoruyun; – avtomobili idarə edirsinizsə, sükandan möhkəm tutaraq oturacağa sıxılın; – ön oturacaqda əyləşmisinizsə, oturacağa möhkəm sıxılıb əllərinizlə başınızı qoruyun; – arxa oturacaqda əyləşmisinizsə və mümkündürsə, yerə əyilib əllərinizlə başınızı qoruyun; – […]

Şanlı Azərbaycan Ordusu tariximizin ən şərəfli səhifəsini yazdı

2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. 30 ildən artıq […]

“Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır”

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşadığımız mühitin təmizliyi həm də bizim sağlamlığımızdır” layihəsinin icrasına başlayıb. İctimai birliyin rəhbəri Çingiz Nəzərovdan aldığımız  məlumata görə, layihə çərçivəsində məişət tullantılarının idarə olunmasının Azərbaycan modelinin necə olması məsələsi araşdırlacaq: “Gələcəkdə ölkəmizdə məişət tullantılarının vahid idarəçiliyinin  necə həyata keçiriləcəyi […]

Şura sədri: “Şəhərdə qaz xətlərinin çəkilişi vəziyyətini sentyabr ayının sonunda KOBİA ilə birgə müzakirəyə çıxartmaq planlaşdırılır”

  Mingəçevir Media Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əvvəlcədən elan olunmuş gündəlik üzrə 3 məsələ müzakirə olunub: oktyabr-dekabr ayları üzrə şuranın Fəaliyyət Planı və loqosunun müzakirəsi, ictimaishura.az səhifəsi ilə tanışlıq. Şura sədrinin təklifi ilə  gündəlikdəki mövzuların müzakirəsinə başlamazdan öncə son günlər Ermənistanın təxribatları nəticəsində həlak olan cəsur övladlarımızın və […]

Mingəçevir 20 yaşında şəhidlik zirvəsinə ucalan övladını torpağa tapşırdı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində əsgər Rzayev Tərlan Pərviz oğlu şəhid olub və sentyabrın 14-də Mingəçevirdə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı.  Tərlan Rzayev Mingəçevirdəki 26 saylı köçkün məktəbinin məzunu idi. Atasıız böyümüşdü. Hərbi xidmətdən qabaq fəhləlik etməklə  anasının ailə yükünün bir hissəsini çiyninə götürməyi bacarmışdı. […]

Qarabağ İqtisadi Rayonunun fermerlərinə “ekoloji təmiz məhsulun” istehsalı təşviq olunacaq

“Ekoloji İnformasiya ” İctimai Birliyi “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” ” mövzusunda növbəti layihəsinin icrasına start verib. Bu barədə birliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay davam edəcək layihənin məqsədi Ağcabədi, Ağdam, Bərdə və  Tərtər rayonlarının fermerləri arasında […]

Azərbaycan – İtaliya münasibətlərində önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir

Bu gün yeni dünya düzəninin formalaşması prosesi Avropada baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bütün böhranlı məqamları ilə daha qabarıq formada müşahidə olunmaqdadır. İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 2-də “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilmiş 48-ci […]

MVA məcburi köçkünlərin peşə ehtiyaclarını araşdırır

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi sentyabr ayının əvvəlindən  “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsinə başlayıb və mövcud fəaliyyət Mingəçevir, Bərdə və Ağdam bölgələrini əhatə edəcək. Bu barədə MVA İB-nın prezidenti və layihə rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun açıqlamasına görə, köçkünlərin məskunlaşdığı 3 bölgədə qayıdış ərəfəsində məşğulluqla bağlı müzakirələr aparılacaq: “Yerli icmalarla görüşəcək, köçkünlərin peşə […]

Azərbaycan və Qazaxıstan: 30 illik əməkdaşlıqda yeni səhifə

Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş […]

Elektriklə diqqətli davranın

Yaşadığımız dövrdə elektrik enerjisinin böyük rol oynadığı danılmazdır. Lakin onun yarada biləcəyi təhlükə də hamıya məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətli davranmaq lazımdır. Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olun, belə məftillər çox təhlükəlidir. Heç vaxt özünüz yerə düşmüş məftili təmir etməyə çalışmayın. Xüsusilə güclü külək zamanı […]