Browsing author

Mingəçevir İşıqları

Heydər Əliyevin xatirəsi Mingəçevirdə yad edildi

Dekabrın 10-da Mingəçevirdə “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Şəhər İcra Hakimiyyəti və YAP yerli təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayişi və xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. İcra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan tarixinin […]

QHT Bərdədə növbəti seminarını təşkil etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonunun fermerləri üçün seminar təşkil edilib. İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin […]

Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar təşkil edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda 25 fermer üçün seminar təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə respublikamızın […]

“Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının qurulmasına dəstək” layihəsi həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə beynəlxalq əməkdaşlıq, əməkdaşlığın qurulması üsul və ardıcıllığı, beynəlxalq tələblər, beynəlxalq tərəfdaşların tapılması mexanizmləri, beynəlxalq təmsilçilik və s. məsələlər üzrə bilik və bacarıqlarının artırılması üçün təlimlər keçilib. “Uğurlu Gələcək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin beynəlxalq münasibətlərin qurulması üzrə […]

MVA “Torpağın cazibəsi” filmini MDU-da ictimaiyyətə təqdim etdi

Məcburi köçkünlərin məşğulluq ehtiyaclarından bəhs edən “Torpağın cazibəsi” sənədli filmi noyabrın 15-də Mingəçevir Dövlət Universitetində ictimaiyyətə təqdim olunub. Film Mingəçevir Valideynlər Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsi çərçivəsində MDU-nun informasiya dəstəyi və regional ELTV kanalı ilə birgə çəkilib. Təqdimat mərasimi şəhidlərimizin xatirəsinin yad edilməsi […]

Ağdamda ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə […]

Nazirlərin noyabr ayı üçün vətəndaş qəbulu cədvəli

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlini təqdim edirik.  S/n Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu Qəbulun keçirildiyi gün Xaçmaz Xaçmaz, Şabran, Siyəzən ədliyyə naziri Fikrət Məmmədov 03 Göyçay Göyçay, […]

“Gənclər üçün Soft Skills” layihəsindən kimlər faydalandı?

Layihə çərçivəsində Balakən rayonunda və Mingəçevir şəhərində gənclərə ünsiyyət bacarıqları, liderlik və komanda ilə iş, bədən dili, auditoriya qarşısında çıxış, müsahibədə nitq və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Balakən […]

Qubadlının işğaldan azad olunmasından 2 il ötür

Qubadlının 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı  və yararsız vəziyyətə salındı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 […]