Browsing author

Fərman Nəbiyev

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.

İcra başçısının müavini

Müsahibimiz Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiriMəhluqə Əbil qızı Cavadovadır. Bu sadə insanın sadə  ömürlüyü var. Mingəçevirdə doğulub, bu şəhərdəki  9 və 10 saylı məktəblərdə orta təhsilini alıb. Saratov Politexnik İnstitutunu mühənsis-mexanik ixtisası üzrə  bitirib. Gəncliyi SSRİ dağılan dövrə təsadüf etdiyindən ixtisası üzrə iş tapa bilməyib.  Uzun illər Mingəçevir Statistika İdarəsində […]

“Tezliklə Mingəçevir də özünə Fransada bir nişanlı tapacaq”

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən səfirə şəhərin tarixi, mədəni həyatı, turizm imkanları, Birinci Avvropa Oyunları ilə bağlı görülən işlər və sənayesi barədə məlumat verilib. Bildirilib ki, əsasən yüngül sənaye sahələrinə aid texnoparkın, eyni zamanda kompüter zavodunun bazasında yüksək texnologiyalar üzrə müəssisələrin açılması planlaşdırılır. Şəhərin ali və orta ixtisas məktəblərində ehtiyac duyulan ixtisaslar, o […]

FHN-in Aran Regional Mərkəzi Mingəçevirdə dəyirmi-masa keçirib

Bu fikirləri martın 17-də Mingəçevir Politexnik İnstututunda keçirilən dəyirmi masada FHN-nin Aran Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Məzahir Qaçayev səsləndirib. Mərkəzin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Elşən Bəşirov gənclərin fövqəladə hallara hazırlığı ilə bağlı məsələnin vacibliyinə diqqəti yönəldib: “Bizim məqsədimiz budur ki, hadisə baş verməmişdən qabaq qarşısını alaq. Buna görə […]

Mingəçevirdəki yeni tikilən şəhərcikdə kimlərin mənzilə daha çox ehtiyacı var?

Aldığımız məlumata görə, Mingəçevir İcra Hakimiyyəti şəhərdə məskunlaşan məcburi köçkünlərin ən ağır şəraitdə olanlarının siyahısını hazırlayır. Qaçqınkom  bu siyahıya əsasən avtovağzalın yaxınlığında tikilmiş yeni şəhərcikdə 598 ailəni  mənzillə təmin edəcək. Qəzetimiz yerli İcra Hakimiyyətinə və Qaçqınkoma kömək üçün  yaşayış şəraiti  həddindən acınacaqlı  vəziyyətdə olan obyektləri müəyyənləşdirib. Bunlar aşağıdakılardır: 1.Şəhərin sol sahil hissəsində: 1.1.SES-in giriş qapısında. […]

“Bura xəstəxanadan daha çox otelə bənzəyir”

Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Haydrun Tempel martın 4-də Mingəçevirə səfərə gəlib və şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Səfir Mingəçevirdə Birinci Avropa Oyunlarına hazırlığın vəziyyəti, məcburi köçkünlərin durumu, şəhərdəki mədəniyyət, təhsil və səhiyyə ocaqlarının vəziyyəti, istehsal və sənaye müəssisələrinin fəaliyyəti barədə maraqlanıb. N.Bayramov qonağa bildirib ki, Avropa Oyunlarına az qalmasına baxmayaraq, […]

Gender dünyasında xanımlarımızın yeri

Qadının evdə oturmaq, ya işləmək istəyilə bağlı seçim haqqı var Ölkəmizin ucqar bölgələrində qadın iştirakçılığının və qərarvermə prosesinə çıxış imkanlarının gücləndirilməsinə necə nail ola bilərik? Zərif cinsin nümayəndələrini mətbəxdən çıxması, münbit şəraitdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaması üçün dövlətin siyasəti, vətəndaş cəmiyyəti və medianın rolu nədən ibarətdir? Bu və digər suallara Azərbaycanın tanınmış ekspertlərindən cavab […]

Heç olmasa 20 minlik evimiz əldən getməsin

Hakim qadından soruşur: -Boşanmağınızın səbəbi nədir? İçəndir? Narkomandır? -Yox. -Sizi döyür? Uşaqlara baxmır? -Yox. -Bir kişi kimi sizi qane etmir? Başqa qadınla görüşür? -Yox, nə danışırsınız. -Bəlkə yaxşı qazanmır? -Bilirsiniz, möhtərəm hakim, mənim ərim bazarda pul dəyişəndir. O gün gedib 200 min dollar borc alıb, manata dəyişib, sabahısı dollar qalxıb, 70 min ziyana düşüb. İndi […]

Həm kitabdan danışıldı, həm də reket “jurnalistlərdən”

Yanvarın 31-də “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və “Altun” kitab nəşriyyatının rəhbəri, 1-7-ci siniflər üzrə “Azərbaycan dili” dərsliklərinin müəllifi Rafiq İsmayılov Mingəçevirdəki 3 saylı məktəbdə şəhərin təhsil işçiləri ilə görüşüblər. R.İsmayılov ölkənin bu günkü təhsil siyasətində prioritet olan məsələlərdən danışıb. O, qeyd edib ki, kurikulumun uğurlu tətbiqi hər bir müəllimin yaradıcı fəaliyyətindən asılıdır, […]

Amerikalılar Mingəçevirin uşaq müəssisələrində

Yanvarın 26-da “Əlillərin inkişafında idmanın rolu” layihəsi çərçivəsində ABŞ-dan gələn nümayəndə heyəti Mingəçevirin uşaq müəssisələrində olub. Onlar əvvəlcə Uşaq və Ailələrə Dəstək Mərkəzinə baş çəkib, burdakı uşaqların fəaliyyəti ilə maraqlanıb, əlil uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təkliflərini bölüşüblər. Bundan sonra qonaqlar Uşaq Yaradıcılıq Mərkəzinə gələrək, UYM-in dram, rəqs və rəssamlıq dərnəyinin üzvləri ilə görüşüblər. Mərkəzin direktoru […]