Browsing author

Aynur Araz

“Tərtər işi” üzrə həbs edilən məhbuslardan bir qisminin məhkumluğu götürülüb

Vəkil Rəsul Cəfərovun mətbuata verdiyi məlumata əsasən 2 noyabr tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, 11 nəfər barəsindəki cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Tərtər Hərbi Məhkəməsinin işə baxarkən ciddi nöqsanlara yol verdiyini bildirib. […]

Türkiyənin məhşur aktyoru, yazıçı və jurnalisti Rıza Akın dünyasını dəyişib. Səhər saatlarında  Türkiyə mətbuatında yayılan bu xəbər aktyorun sevənlərini kədərə boğub. Aktyor bir çox uğurlu layihələrdə rol alıb, sonuncu dəfə “Sevmədim demə” filmi ilə böyük ekranlara çıxıb. Ötən gün vəziyyəti pisləşən 65 yaşlı aktyoru xəstəxanaya aparıblar. Aparılan yoxlamalardan sonra onun beyninə qan sızdığı məlum olub. […]

Şəbnəm Tovuzlunun İnstagram səhifəsindəki paylaşımı gündəm oldu.

“Şəbnəm Tovuzlunun ilk dəfə həyat yoldaşı ilə fotoları yayıldı” Azərbaycanın məhşur müğənnisi Şəbnəm Tovuzlu ilk dəfə həyat yoldaşının fotosunu paylaşıb. Şəbnəm instaqramda yerləşdirdiyi şəklə “görəsən, Əli atası ilə nə danışır” şərhini yazıb. Oğlu Əlinində yer aldığı foto müğənninin izləyənləri tərəfindən böyük bəyəni toplayıb. Qeyd edək ki, Şəbnəmin ilk nikahından Günel adlı qız övladı var.

Mingəçevir Şəhərində yerləşən Gimnaziya fərqliliyi ilə seçilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya 24 saat şagirdlərinin qayğısına qalır. Nur şəhərimizdə yerləşən bu Gimnaziya və onun imkanları çox genişdir. Nəzərə alsaq ki, indi bir çox ailələrdə hər iki aparıcı qüvvə işləyir, bu zaman valideyinlər üçün çox çətin olur övladlarını məktəbdən sonra repititor yanına […]