Browsing monthly archive

Fevral 2023

Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş keçirilib

2023-cü ilin fevralın 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində (KİM) Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialının müdiri, peşəkar təlimçi Toğrul Ələkbərov ilə görüş keçirilib. Sual-cavab formatında təşkil edilən görüşdə MDU-nun bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak ediblər. Görüşdə şəxsi inkişaf, karyera quruculuğu, əmək bazarı, təlim, təcrübə və məşğulluq imkanları, […]

MDU “IT Hub Azerbaijan” layihəsində təmsil olunacaq

2023-cü il fevralın 7-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin təmsil olunduğu layihənin açılış tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov da […]

MDU tələbəsi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənib

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Tahirə Mustafayeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində fərqlənərək fəxri fərmana layiq görülüb. Müsabiqədə seçim təqdim edilmiş 49 esse arasında aparılıb. 2023-cü ilin fevralın 3-də Monitorinq […]

Oguz rayon təhsil sektoru, yerli mətbuat və korrupsiya bəhanəsi

Şəhərimizin mərkəzi küçəsinin kənarında yerləşən Oğuz rayon Təhsil sektorunun binasının qarşısından tez-tez keçməli oluram. Neçə aydır ki, hər dəfə buradan ötəndə ayaq saxlayıb binanın qapısının yanına vurulmuş göstərici lövhəni oxuyur, onun aylar ötməsinə baxmayaraq dəyişdirilməməsinə, üzərindəki yazıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncam və Fərmanına  uyğun yazılmamasına görə təəccüblənir və təəssüflənirəm. Gəlin o lövhənin […]

MDU turizm təhsili sahəsində Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq edəcək

2023-cü ilin fevralın 4-də Türkiyənin Selçuk Universitetinin Beyşehir Ali Akkanat Turizm Fakültəsinin dekanı, professor Abdullah Karaman Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyət üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşə MDU rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib. Dəvəti qəbul edib kollektiv üzvləri ilə görüşdə iştirak […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

2023-cü ilin fevralın 3-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Cari tədris ilinin payız […]

“ART LİNE” layihəsi uğurla davam etdirilir

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla davam etdirilir. Layihəyə uyğun olaraq, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə, peşəkar təlimçi Aynur Arazqızı tərəfindən keçilən təlimlərdə gənclər, […]

Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlar və tələbələrlə görüş keçirilib

2023-cü ilin fevralın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları ilə görüşüb. Görüşdə əlamətdar gün münasibətilə MDU ailəsinin gənc üzvlərini təbrik edən Ş.Bayramov cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə dövlətin yüksək diqqət və qayğısından bəhs edib. Bildirib ki, gənclərə hər […]

MDU-da elmi konfrans: Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi

2023-cü ilin fevralın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” və 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Mingəçevir Dövlət Universitetində qazilər və gənc fəallarla görüş keçirilib

2023-cü ilin fevralın 1-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı ilə birgə “Heydər Əliyev İli” və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə 44 günlük Vətən Müharibəsində igidlik göstərmiş mingəçevirli qazilər, şəhər partiya təşkilatının fəal gəncləri, universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak […]