Alpaqut üzrə Ağdam rayon birinciliyi başa çatdı
Yarışda 6-17 yaş arasındakı idmançılar mübarizə apardılar
1 mart 2025-ci ildə Quzanı qəsəbəsindəki Ağdam Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə 5 mart Bədən Tərbiyəsi və idman gününə həsr olunmuş rayon birinciliyi keçirilib. Yarışda 6-17 yaş arasındakı idmançılar mübarizə aparıblar.
Qarabağ Regional İdman İdarəsinin Ağdam rayon üzrə İdman sektorunun müdiri Anar Məmmədov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov açılış mərasimində çıxış edərək, idmançıları salamlayıblar. Alpaqut Turan Döyüş növü üzrə Qarabağ Regional nümayəndəliyinin rəisi Tegin Kənan Quliyev idmana göstərdiyi qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə təşəkkür edib.
Yarışa qatılan idmançılar Ayça, Batur və Caymaz sistemi üzrə güclərini sınayıblar. Baş hakim Kənan Quliyev, hakimlər Atapur Həbib, Qənbər Ağayev və Bəxtiyar Mehdiyev yarışı məharətlə idarə ediblər.
Sonda birinciliyin qalibləri medal və fəxri fərmanlarla mükafatlandırılıblar.
Məmməd Mərzili,
Azərbaycan Alpaqut Federatsiyasının Qarabağ nümayəndəliyinin mətbuat katibi
Şərhlər bağlıdır.