Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi yeni layihəsinin icrasına başladı

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “Mingəçevir şəhərində  icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin (SİİM) fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir.

Layihənin əsas  məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, bu uşaqlara sosial xidmətin  göstərilməsinə könüllülərin cəlb edilməsi,  onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və bacarıqlarının artırılması, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsi, sosial işlə bağlı fəaliyyət göstərən region qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.

Layihə çərcivəsində SİİM-nin təşkili və mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı digər aztəminatlı ailələrin uşaqlarına birgə icma əsaslı sosial reabilitasiya xidmətlərinin göstərilməsi həyata keçiriləcək.  Bununla yanaşı SİİM-də çalışan sosial işçilərin və könüllülərin yeni sosial sahələr üzrə (inklüziya, loqopediya, erkən müdaxilə terapiyası) bilik və bacarıqlarını artırmaq, onları və regionda sosial xidmət sahəsində fəaliyyət göstərən digər şəxsləri və  könüllüləri təlimlərə cəlb etmək, sağlamlıq imkanları məhdud uşaqların valideynlərini sosial qanunvericiliklə bağlı  maarifləndirmək və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təklifləri müvafiq orqanlara təqdim etmək nəzərdə tutulub.

Layihə 6 ay müddətində icra olunacaq.

Mətanət YUSUBOVA

Şərhlər bağlıdır.