Ağdaşda 10 aylıq körpənin ölümü ilə bağlı cinayət işi açılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini, 6 sentyabr 2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb.
Agentlikdən mətbuata verilən məlumata görə, hazırda araşdırma aparılır və hadisə ilə bağlı cinayət işi açılıb. Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-də gecə növbələrində olan şəxslərdən hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb. Hüquq mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.
Şərhlər bağlıdır.