Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağaclar aşdı, maşınların hərəkəti çətinləşdi

Hava şəraitinin dəyişməsi Mingəçevirdə bəzi fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, yağışla müşayiət olunan qısamüddətli güclü külək nəticəsində şəhərin müxtəlif ünvanlarında, o cümlədən Vaqif və Müslim Maqomayev küçələrində irigövdəli ağaclar kökündən qopub, bəzi ağaclar qırılaraq təhlükəli vəziyyətə düşüb.

Hadisə zamanı aşan ağaclar küçələrdə avtomobillərin hərəkətində müəyyən çətinlik yaratsa da xəsarət alan olmayıb.

Təbiət hadisəsi zamanı şəhərin bir sıra istiqamətləri üzrə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.

Qeyd edək ki, aşan ağaclar aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazidən təmizlənib.

https://youtu.be/C5sLADVN9i8

Şərhlər bağlıdır.