Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Abral Academy Təhsil mərkəzinin məzunlarına diplomlar təqdim edildi

Tədris ilinin yekunlaşması ilə bağlı Abral Academy Təhsil mərkəzi də məzunları ilə görüş keçirdi.

Akademyanın “Kompüter Operatorluğu İxtisası” üzrə təhsilini uğurla yekunlaşdıran tələbələr göstərdiyi yekun imtahan nəticələrinə uyğun diplomlarla təltif edildilər.

İki dildə təqdim olunan diplomların xarici ölkələrdə də keçərli olduğunu vurğulayan Akademyanın rəhbəri Tural Abdurəhimov məzunları təbrik edib, fəaliyyətlərində uğurlar arzuladı.

“Kompüter Operatorluğu İxtisası” nı tədris edən Akademiyanın müəllimi Yeganə Həsənova  Abral Akademyanı seçən məzunlarına təşəkürlərini ifadə etdi. Akademyanı fərqlənmə ilə bitirən tələbələr qırmızı diplomla təltif olunublar.

Qeyd edək ki, Abral Təhsil Mərkəzində bütün ixtisaslar üzrə hazırlıq keçən peşəkar müəllimlər fəaliyyət göstərir. İngilis, Alman, Fransız, Rus dilləri tədris edilən Akademiyada həmçinin Proqramlaşdırma, SMM Media, kimi günümüzün tələbinə uyğun ixtisaslar da tədris edilir.

Hazırda “YAY MƏKTƏBİ” proqramına başlayan Akademiyada bütün siniflər üzrə qəbul davam edir.

#ABRALACADEMY #ABRALTƏHSİLMƏRKƏZİ #ELM #METODİKA #TƏHSİL #TƏLİM #HAZIRLIQ

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.