Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Abadlıq razılıq doğurur, amma…

Son günlər Mingəçevir əsl tikinti meydançasını xatırladır. 2015-ci ildə baş tutacaq olimpiadada su oyunlarının bu şəhərdə keçiriləcəyinə qərar verilməsi abadlıq-quruculuq prosesinə cavabdeh olanları hərəkətə gətirib. Olimpiada şəhərciyinin inşası ilə bərabər yaşayış binalarının fasadlarının yenilənməsi, səkilərə daş döşənməsi, su və kanali-zasiya xətlərinin çəkilişinin sürətlən-dirilməsi razılıq doğurur. Həmsöhbət olduğumuz şəhər sakinləri bütün bu proseslərdən məmnunluq hissi ilə danışırlar. Doğrudur, hər tərəfdə tozun ərşə qalxması, müxtəlif məhəllələrdə, prospekt və küçələrdə qazıntıların eyni vaxtda aparılmasına narazılıq edənlər də var. Lakin əksəriyyət hesab edir ki, bütün bunlar müvəqqətidir, keçicidir.
Bu gün ciddi narahatlıq doğuran məsələ su-kanalizasiya sisteminin nə dərəcədə keyfiyyətli işləyəcəyi ilə bağlıdır. Sirr deyil ki, tikinti-quraşdırma prosesinə cəlb olunanların bir hissəsi o qədər də peşəkar deyil. Yəni küçədən tutma adamlara belə vacib bir işin tapşırılması arzuolun-mazdır. Çünki bir azdan asfaltlanmaya başlanacaq və Allah eləməmiş, zay görülmüş iş sonradan günümüzü göy əskiyə bükəcək. Ümid edirik ki, şəhər İcra Hakimiyyəti prosesin keyfiyyətli aparılması üçün xüsusi qpup ayıracaq və “Azərsu”yun fəaliyyətinə nəzarəti daima diqqətdə saxlayacaq.
“Azərsu” demişkən, həyət və bağlarda yaşayanların su ilə bağlı iradları yada düşür. Bütün dünyada içməli su ilə bərabər texniki su da mövcuddur və həyət-baca bu si ilə suvarılır. Təəssüf ki, “Azərsu”yun bunu nəzərə almaması bağ massivlərində yaşayanların magistral yolu kəsməsi ilə nəticələndi. İnsanlar içməli su qiymətinə bağ suvarmaq zorunda qalsalar, bir neçə ildən sonra bu şəhərdə yaşıllıq qalmayacaq.
Bir problem də son günlər xəbərdarlıq edilmədən enerji fasilələrinin artması ilə bağlıdır. İsti yay günündə soyuducusuz və kondisionersiz qalmaq cəhənnəm əzabında yanmaq kimi bir şeydir. Elektrik şəbəkəsinin növbətçisi isə 15-ci xəttin abonentinə çox baməzə cavab verir: “Olimpiada ilə əlaqədar avqust ayına qədər işığı tez-tez söndürmək barədə bizə göstəriş veriblər”.

Şərhlər bağlıdır.