ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib və hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunub.
Источник: oxu.az
Şərhlər bağlıdır.