Mingəçevir Dövlət Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişafı” (EQAC) layihəsi üzrə təlim keçmiş, universitetin Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin əməkdaşları, akademik heyəti və tələbələrlə görüş keçirilmişdir. Məlumatlandırma xarakterli tədbirdə universitetin idarə olunması prosesinə tələbələrin cəlb olunması və təhsilin keyfiyyətinin artırılmasında müəllim və tələbə sorğularının əhəmiyyəti müzakirə edilmişdir.
Görüşün əsas məqsədi isə təhsilin keyfiyyətinin yüksəldilməsi prosesində tələbələrin məsuldar və səmərəli iştirakını təmin və inkişaf etdirmək olmuşdur.
EQAC layihəsinin universitet üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova layihə üzrə həyata keçirilən işlər haqqında tələbələrə ətraflı məlumat verərək bildirdi ki, layihə üzrə işlər plana uyğun gedir və ötən müddət ərzində layihə çərçivəsində əldə edilən yeni yanaşmalar univeristetimizdə uğurla tətbiq olunur.
Layihə üzrə təlimlərdə iştirak etmiş, layihə üzvü Üzeyir Zeynalov universitetin idarə olunması və qərarların qəbul edilməsi prosesində tələbələrin iştirak etmək imkanlarının reallaşması məsələsinə diqqət çəkərək bildirdi ki, tədris prosesinin əsas maraqlı tərəflərinədn biri olan tələbələr bu prosesdə akiv tərəf olmalıdır. Tələbələrin ehtiyaclarının öyrənilməsi və tələbə məmuniyyətinin yaradılması istiqamətində davamlı işlər aparan universitet rəhbərliyinin əsas məqsədlərindən biri də tədris prosesində tələblərin rolunun daha da artırılmasıdır.
MDU-nun Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, təlim iştirakçısı Səbinə Quliyeva mərkəzin fəaliyyəti haqqında qısa məlumat verərək qeyd etdi ki, universitetin tələbə və akademik heyəti arasında mütamadi aparılan sorğuların nəticələri ciddi təhlil edilir və sorğuların nəticələri, sorğularda səslənən təkliflər haqqında universiet rəhbərliyinə məlumat verilr. Həmin təkliflər əsasında rəhbərlik tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qərarlar qəbul edilir. Universitetin fəaliyyətində tələbələrin iştirakı təkcə anket sorğularının doldurulması ilə məhdudlaşmamalıdır, onlar bu proseslərin bilavasitə iştirakçıları olmalıdır. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda tələbələr öz rəy və təkliflərini söyləyiblər.
Şərhlər bağlıdır.