Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Careeranimator” layihəsi uğurla həyata keçirilib

6

 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “CareerAnimator” layihəsi uğurla həyata keçirilib.

Layihə çərçivəsində karyera planlaması istiqamətində problem yaşayan və bu sahədə istiqamətə ehtiyac duyan gənclər üçün 5 ədəd animasiya xarakterli videoçarx hazırlanıb. Hazırlanan animasiyalar karyera planlamasının əsas mərhələlərini, düzgün peşə seçimi, bacarıqların müəyyənləşdirilməsi, məqsəd qoyma və əmək bazarına uyğunlaşma kimi mövzuları əhatə edir.

Layihə zamanı ərsəyə gətirilən videoçarxlar sosial şəbəkə platformalarında paylaşılıb və geniş auditoriya tərəfindən izlənilib. Videoların vizual və sadə animasiya formatında hazırlanması məlumatların daha asan qavranılmasına və gənclər arasında marağın artmasına şərait yaradıb. Bununla da karyera planlaması sahəsində istifadə edilə bilən rəqəmsal materiallar bazasının formalaşdırılmasına töhfə verilib.

 

Layihənin məqsədi karyera planlaması sahəsində maarifləndirici, əlçatan və davamlı rəqəmsal məzmun yaratmaqla gənclərin bu istiqamətdə məlumatlanma səviyyəsini artırmaq, onların düzgün və məqsədyönlü karyera qərarları verməsinə dəstək olmaqdır. Layihə birbaşa faydalanan şəxslərlə yanaşı, dolayı yolla daha geniş gənclər kütləsinə təsir göstərərək cəmiyyətdə karyera planlaması mədəniyyətinin formalaşmasına xidmət edir.

Qeyd edək ki, “CareerAnimator” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.