Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Medianın İnkişafı Agentliyi onlayn media subyektləri üçün müsabiqə elan etdi

Qaliblərə aylıq 5 min manat maliyyə dəstəyi veriləcək

25

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək məqsədilə yeni müsabiqə elan edib. Müsabiqədə yalnız Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu onlayn kütləvi informasiya vasitələri iştirak edə bilər.

İştirak etmək üçün müraciət və sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə təqdim edilməlidir. Media subyektlərinin heyəti ən azı bir məsul redaktor və üç jurnalist olmaqla dörd nəfərdən ibarət olmalıdır.

Müsabiqənin qalibləri ilə altı ay müddətinə aylıq 5 min manat maliyyə yardımı müqaviləsi imzalanacaq. Bu dövrdə hər bir heyət üzvünün minimum əməkhaqqı 800 manat olmalıdır.

Müraciət etmək üçün son tarix: 26 noyabr 2025-ci il, saat 18:00.

Müsabiqənin qaydaları və ətraflı məlumat üçün buradan tanış ola bilərsiniz.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.