Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“GreenLife” layihəsi uğurla həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə müxtəlif ekoloji mövzularda təlimlər keçilib. Layihə çərçivəsində aşağıdakı mövzu və alt mövzular əhatə olunub:
1: Ətraf mühitin qorunması və davamlı inkişaf
Ekoloji problemlərin qlobal təsirləri;
Davamlı inkişaf məqsədləri (SDG-lər);
Ətraf mühitlə bağlı hüquq və qaydalar.
2: İqlim dəyişikliyi və enerji resursları
İqlim dəyişikliyinin səbəbləri və təsirləri;
Alternativ enerji mənbələri və onların istifadəsi;
Karbon izini azaltma yolları.
3: Biomüxtəliflik və ekosistemlərin qorunması
Yerli flora və fauna növlərinin əhəmiyyəti;
Biomüxtəlifliyin itirilməsi və bunun fəsadları;
Ekosistem xidmətləri və təbii ehtiyatların idarə edilməsi.
4: Tullantıların idarə edilməsi və dövrü iqtisadiyyat
Plastik tullantıların azaldılması strategiyaları;
Zibilin çeşidlənməsi və təkrar emal texnologiyaları;
Dövrü iqtisadiyyat: Resursların effektiv istifadəsi.
5: Ekoloji maarifləndirmə və ictimaiyyətin iştirakı
Ekoloji mövzular üzrə təbliğat və təhsil üsulları;
Gənclər və məktəblər üçün ekoloji layihələr;
Yerli icmaların ətraf mühitin qorunmasına cəlb olunması.
Təlimlər başa çatdıqdan sonra iştirakçılar şəhərdə vətəndaşların daha çox toplaşdığı ərazilərdə tullantıların azaldılması istiqamətində ictimaiyyətin maarifləndirilməsi məqsədilə ekoloji təmizlik aksiyası həyata keçiriblər.
“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan, təhsil alan və ya fəaliyyət göstərən 16-25 yaş arası 25 nəfər gəncin ekoloji istiqamətdə təməl mövzularda bilik və bacarıqlarının artırılması, ekoloji aksiyalar vasitəsilə cəmiyyətə vacib bir mesajın ötürülməsi və eyni zamanda tullantılardan səmərəli istifadə edilməsinin mümkünlüyü haqqında informasiyanın ötürülməsindən ibarətdir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.