Qadınların fəallığı və hüquqları Mingəçevir görüşündə müzakirə olundu
Bərdə Qadın Klubu üzvləri və ekspertlər gender bərabərsizliyi və qadınların iqtisadi səlahiyyətləri barədə fikir mübadiləsi apardılar
2025-ci il fevralın 26-da Mingəçevir Media Mərkəzində Bərdə Qadın Klubu üzvləri ilə görüş keçirilib. Tədbirdə gender bərabərsizliyi, qadınların hüquqları və ictimai-siyasi fəallığı müzakirə olunub.
2025-ci il fevralın 26-da Mingəçevir Media Mərkəzində Bərdə Qadın Klubu üzvləri ilə görüş keçirilib. Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev təşkilatın yerli və beynəlxalq donorlar tərəfindən maliyyələşən layihələrindən danışıb. O, qadınların iqtisadi səlahiyyətləndirilməsi və keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə daha çox diqqət yetirdiyini vurğulayıb.
“Mingəçevir İşıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva şəxsi təcrübəsini bölüşərək, güvənli iş həyatını necə qazandığını izah edib. Digər iştirakçılar gender bərabərsizliyinin aradan qaldırılması, qadınların hüquqlarının müdafiəsi və onların ictimai-siyasi həyatda fəallığı barədə fikir mübadiləsi aparıb, bu sahədə gələcək addımların vacibliyini vurğulayıblar. Görüşdə Xocalı soyqırımı qurbanları və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonda iştirakçılar “Mingəçevirdə Valideyn Təlatümü” sənədli filmini izləyiblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.