Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Dram Teatrında 56- cı mövsümün yekunu ilə bağlı iclas keçirilib

04.07.2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyiyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Dövlət Dram Teatrında 56- cı mövsümün yekunu ilə bağlı iclas keçirilib.

İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan cari ildə teatrın fəaliyətinin uğurlu olduğunu diqqətə çatdırıb. Bu ildə müxtəlif bölgələrdə qastrol səfərlərdə olan teatrın yaradıcı kollektivinin ümumi fəaliyyətini dəyərləndirərək, yeni sezonda qarşıda duran məqsədləri diqqətə çatdırıb.

Mingəçevir Dövlət Dram Teatrın  inkişafının yeni sezonda da davam etdiriləcəyini bildirən teatrın rəhbəri İntiqam Soltan yeni tamaşaların hazırlanması istiqamətində fikir və təkliflərini bildirib.

Daha sonra İ. Soltan 18 iyul tarixində Kür çayı sahilində açıq havada Mingəçevir sakinləri və teatr sevənlərin iştirakı ilə 56- cı mövsümün bağlanış mərasiminə hazırlaşan teatr kollektivinin iş bölgüsü ilə bağlı tapşırıqlarını verib, fikir və tövsiyyələrini bildirib.

Şərhlər bağlıdır.