Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Vahid Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib
Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyevanın rəhbərlik etdiyi layihənin ötən ilin dekabr ayında Masallı, Yardımlı, Cəlilabad, Lerik, Lənkəran və Astara rayonlarında yerli mərhələləri keçirilib. Ümumilikdə layihəyə 350-dən çox məktəbli cəlb edilib.
Layihənin yerli mərhələlərinin qalibləri bu ilin fevral ayında Astara rayonunda keçirilən final oyununda öz biliklərini sınayıblar. Final oyununda 1-ci yeri Masallı məktəblilərini təmsil edən “Viktoriya” komandası, 2-ci yeri Lənkəran məktəblilərini təmsil edən “Avanqard” komandası, 3-cü yeri isə Astara məktəblilərini təmsil edən “Ziya” komandası tutub.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd cənub regionunda təhsil alan məktəblilərin intellektual dünyagörüşünü artırmaq, onlarda komanda ilə işləmək bacarığı formalaşdırmaqdır.
Layihənin bağlanış mərasimində qalib komandalar diplom, medal və kubokla təltif edildilər.
Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Xədicə Əliyeva bildirib ki, layihənin icrası cənub regionunda məktəblilərin intellektual oyunlarda iştiraka həvəsini artırıb, onlarda komanda ilə işləmə bacarığı və sürətli qərarvermə, analizetmə kimi bacarıqlarını artırıb.
Şərhlər bağlıdır.