Bibisinin evindən 15 min manatlıq qızıl əşyalarını oğurlayan şəxs yaxalanıb
İki rayonda oğurluq edən həmyerlilər tutulub. Polisin keçirdiyi əməliyyat zamanı ələ keçən 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov əvvəlcə yaşadıqları Goranboyda, daha sonra Naftalanda mənzilləri qarət ediblər. Ruslan Əsgərov Goranboy rayonun Balakürd kəndində yaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra onlar öz çirkin niyyətlərini reallaşdırıblar. Evə daxil olaraq oradan 15 min manatlıq qızıl-zinət əşyaları, 1500 manat nəğd pul götürüblər. Ruslan Əsgərov və Səbuhi Səmədov bir neçə gün sonra eyni üsulla Naftalanda mənzil qarət ediblər. Oradan da xeyli miqdarda qənimət əldə ediblər, lakin bu dəfə məsuliyyətdən yayına bilməyiblər. Naftalan polisi dostları əldə etdikləri pulu, qızılı bölməyə macal tapmamış saxlayıb. Faktla bağlı araşdırmalar davam etdirlir. Naftalan
Şərhlər bağlıdır.