“Öz fərqində Ol”- şəxsi inkişaf təşəbbüsü həyata keçirilir
Mingəçevirdə “Öz fərqində Ol” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb
Resource HUB-ın “İcmaların İnkişafı” proqramı çərçivəsində həyata keçirilən “Öz fərqində Ol” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb. Görüş zamanı layihəyəyə seçilmiş gənclər üçün təlimçi Taleh Həsənli tərəfindən “Özünü tanıma və məqsədlərin müəyyən edilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı özünü tanımanın vacibliyi, texnikalar və alətlər haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Təşəbbüs Mingəçevir Dövlət Universiteti, Mingəçevir Gənclər Evinin tərəfdaşlığı və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Müşfiq Tarıverdiyev
Şərhlər bağlıdır.