Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Dastana dönən qəhrəmanlar” layihəsini uğurla yekunlaşdı

39
 Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi olmuş «Dastana dönən qəhrəmanlar» layihəsinin bağlanış mərasimi keçirilib.Baglanis mərasimini layihə rəhbəri Arzu Əzizova açdı .
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra söz məktəbin direktoru Ədalət Sədiyeva verildi .Məktəbin direktoru qonaqları salamladıqdan sonra söz layihənin eksperti olan Etiram Sadıqzadəyə verildi .E.Sadıqzadə layihə haqqında geniş məlumat verdi.
Səki rayon sektorunun metodisti Məftunə Məmmədovanın çıxışından sonra kitabda nağılları çap olunan istedadlı gənc yazarların iştirakı ilə ədəbi bədii kompozisiya təqdim etdilər .
Mərasimdə şəhid anaları, Şəki -Zaqatala Regional Təhsil idarəsinin keyfiyyətə nəzarət komissiyasının rəhbəri Elvin Mustafayev,Şəki sektorunun metodisti Məftunə Məmmədova, Şəki şəhər Gənclər və idman idarəsinin rəisi Ariz Əhmədov , Şəki şəhər Gənclər və idman idarəsinin rəis müavini Aytən Səfərova,şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Yeganə Cabbarzadə ,12 nömrəli tam orta məktəbin direktoru Nəzakət Qəhrəmanzadə ,17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova ,müəllimlər,sairlər ,məktəb müəllimləri iştirak edirdilər. Sonda qonaqlara ,layihə iştirakçılarına sertifikat və kitablar təqdim olundu.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərdən 100-dən çox nağıl müraciəti gəlmiş, onlardan 10-u üç dildə kktablarda çap edilmiş, 3-ü səhnələşdirilmişdir.

Şərhlər bağlıdır.