Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın noyabrın 18-də səhər saatlarında qətli ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, araşdırmalara əsasən 1993-ci il təvəllüdlü Anar Salmanov həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı iplə boğaraq onu qəsdən öldürməsində şübhəli bilinib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Nuridə Salmanovanın öldürülməsi barədə cinayət işi açılıb, araşdırmalar davam etdirirlir.
Şərhlər bağlıdır.