Qeyd edək ki, surətlə modernləşən Mingəçevir Dövlət Universitetində tələbələrlə yanaşı, akademik heyətin elmi potensialının artırılması istiqamətində müxtəlif beyəlxalq layihələrdə işirakı diqqət mərkəzində saxlanılır.
Rektor Şahin Bayramov “Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi və IT Sənayesinin Təşviqi üzrə Milli Agentliyinin “Süni intellekt və Təhsil Texnologiyaları” (AI & Edu-Tech) mövzusunda birgə təşkil etdiyi təlimdə uğurla iştirak edən Mingəçevir Dövlət Universitetinin (MDU) gənc əməkdaşı Elçin Tağıyevlə görüşüb.”
2022-ci ilin 10-20 oktyabr tarixlərində Seul şəhərində keçirilən təlimdə MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəlliminin iştirak etməsini yüksək qiymətləndirən Ş. Bayramov gənc əməkdaşa uğurlar arzu edib.
Universitetdə IT sahəsində mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi hədəfinə çatmaq baxımından kadr potensialının gücləndirilməsinin prioritet əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Şərhlər bağlıdır.