Mingəçevir 20 yaşında şəhidlik zirvəsinə ucalan övladını torpağa tapşırdı
Tərlan Rzayev 2 ay sonra xidmətini bitirəcəkdi
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində əsgər Rzayev Tərlan Pərviz oğlu şəhid olub və sentyabrın 14-də Mingəçevirdə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı.
Tərlan Rzayev Mingəçevirdəki 26 saylı köçkün məktəbinin məzunu idi. Atasıız böyümüşdü. Hərbi xidmətdən qabaq fəhləlik etməklə anasının ailə yükünün bir hissəsini çiyninə götürməyi bacarmışdı. .
Tərlan Rzayevin dəfn mərasiminə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin üzvləri Aydın Mirzəzadə və Əli Hüseyinli, ictimayyətinin nümayəndələri və başqaları qatılıblar. Şəhidin ruhuna dualar oxunub, tabutunun bükülüb gətirildiyi bayraq əmisinə təqdim edilib.
Şərhlər bağlıdır.