Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT Agentliyinin ilk dəfə Mingəçevirdə təşkil edəcəyi I İnkişaf və Mübadilə Proqramına qeydiyyat davam edir

Təlimlərə qatılmaq istəyənlər 19 iyul 2022-ci il, saat 18:00-a kimi müvafiq sorğunu cavablandırmalıdırlar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır. Proqram çərçivəsində Mingəçevir şəhərində 3 günlük (30, 31 iyul və 1 avqust 2022-ci il) təlim təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
– Bu mövzuda təlimlərdə ilk dəfə iştirak edən şəxslərə,
– QHT-də layihə yazılması üzrə məsul şəxslərə,
– QHT fəaliyyəti ilə yeni məşğul olan şəxslərə
– Regionlarda faəliyyət göstərən QHT-lərə,
– Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 19 iyul 2022-ci il, saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilir,
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir,
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
QEYD:
– İştirakçılardan təlimə öz fərdi noutbuklarını gətirməsi xahiş olunur,
– Təlimdə hər QHT-dən yalnız 1 nəfərin təmsil oluna bilər (layihə hazırlayan və icra edən şəxslərin iştirakı arzuolunandır).
Məlumat üçün bildiririk ki, Agentlik Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması məqsədilə mərhələli şəkildə təlimlər, seminarlar keçirilməsini planlaşdırır.

Şərhlər bağlıdır.