Jurnalist Zahir Əmənov azadlığa buraxıldı
Bölgə qəzetinin baş redaktoru Masallı İcra hakimiyyəti nümayəndəsinin rüşvət alma iddiası üzrə aprelin 13-də həbs olunmuşdu
Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb. APA xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.
Aprelin 13-də Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdi ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, ondan 1500 manat pul alıb. Bundan sonra Zahir Əmənov polis tərəfindən redaksiyanın ofisində saxlanmış və rayon polis şöbəsinə aparılmışdı.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb
Şərhlər bağlıdır.