Paytaxtda çalışan müəllimlər bölgədə də dərslər aparır
Azərbaycan Turizm və Menecment Unuversitetinin 3 müəllimi cari tədris ilindən Mingəçevir Turizm Kollecində “Zoom” platforması üzərindən turizmyönümlü fənlərin tədrisinə başlayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnsitutunun coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanova, Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm coğrafiyası” müəllimi Aynur Hüseynzadə və universitetin dissertantı Elnurə Əliyevadır. Hər 3 xanım tədris zamanı müvafiq dərslərə uyğun təqdimatlar göstərir, mühazirələr və məşğələləri interaktiv şəkildə aparır və nəticələri müzakirə edir.
Paytaxtdan yüksək ixtisaslı mütəxəssislərin bölgədə tədrisə cəlb olunması kollecin peşəkar kadrlar yetişdirməsinə kömək edəcəkdir.
Şərhlər bağlıdır.