Mingəçevir şəhərində “2021-ci ilin yanvarın 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin uçotunun yekunları” haqqında
2021-ci il yanvarın 1-i vəziyyətinə keçirilmiş heyvanların, quşların və arı ailələrinin sayının uçota alınması üzrə hesabat məlumatları respublikanın hər yerində olduğu kimi şəhərdə də yekunlaşdırılmışdır. Uçota tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq heyvanları, quşları və arı ailələri olan bütün hüquqi və fiziki şəхslər cəlb edilmişdir.
İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə şəhərdə 2245 baş iribuynuzlu mal-qara, o cümlədən 1777 baş inək naхırı, 468 baş camış naхırı mövcud olmuşdur. İribuynuzlu mal-qaranın ümumi sayı 2020-ci il yanvarın 1-i vəziyyəti ilə müqayisədə 5 baş və ya 0,2 faiz artmış, 2019-cu il yanvarın 1-i vəziyyəti ilə müqayisədə 83 baş və ya 3,6 faiz, 2018-ci il yanvarın 1-i vəziyyəti ilə müqayisədə 272 baş və ya 10,8 faiz azalmışdır. İnək naхırı 01.01.2020-ci illə müqayisədə 12 baş və ya 0,7 faiz artmış, 01.01.2019-cu illə müqayisədə 1 baş və ya 0,1 faiz, 01.01.2018-ci illə müqayisədə 105 baş və ya 5,6 faiz azalmışdır. Camış naхırı 01.01.2020-ci illə müqayisədə 7 baş və ya 1,5 faiz, 01.01.2019-cu illə müqayisədə 82 baş və ya 14,9 faiz, 01.01.2018-ci illə müqayisədə 167 baş və ya 26,3 faiz azalmışdır. 2021-ci il yanvarın 1-i vəziyyətinə cəmi iribuynuzlu mal-qaranın 2086 başı və ya 92,9 faizi, inək naхırının 1631 başı və ya 91,8 faizi, camış naхırının isə 455 başı və ya 97,2 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında uçota alınmışdır.
Qoyunlar. Cari il yanvarın 1-i vəziyyətinə əvvəlki illə müqayisədə qoyunların sayı 53 baş və ya 1,3 faiz azalaraq 4117 baş olmuşdur ki, bunun da 2233 başı və ya 54,2 faizi 1 yaşdan böyük şişəklər və ana qoyunlardır.
2021-ci ilin yanvarın 1-i vəziyyətinə qoyunların sayı 2019-cu ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 98 baş və ya 2,3 faiz, 2018-ci ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 177 baş və ya 4,1 faiz azalmışdır.
Cəmi qoyun sürüsünün 3181 başı və ya 77,3 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında uçota alınmışdır ki, bunun da 1654 başı və ya 52,0 faizi 1 yaşdan böyük şişəklər və ana qoyunlardır.
Keçilər. Cari ilin əvvəlinə şəhərdə 467 baş keçi uçota alınmışdır, bu da əvvəlki illə müqayisədə eynidir. 2021-ci ilin yanvarın 1-i vəziyyətinə keçilərin sayı 2019-cu ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 57 baş və ya 10,9 faiz az, 2018-ci ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 84 baş və ya 21,9 faiz çoxdur.
Cəmi keçi sürüsünün 308 başı və ya 66,0 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında uçota alınmışdır. Keçi sürüsünün 201 başı və ya 43,0 faizi, əhalidə olan keçilərın 144 başı və ya 46,8 faizi 1 yaşda və böyük ana keçilərdir.
Ev dovşanları. Keçirilmiş uçota alınmanın nəticələrinə görə 2021-ci il yanvarın 1-i vəziyyətinə şəhərdə ev dovşanı qeydə alınmamışdır.
Donuzlar. 2021-ci il yanvar ayının 1-i vəziyyətinə keçirilmiş uçota alınmanın nəticələrinə görə şəhərdə donuzlar qeydə alınmamışdır.
Quşlar. Uçota alınma zamanı şəhər üzrə 7552 baş bütün növlərdən olan ev quşları qeydə alınmışdır ki, bu da 2020-ci ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə 257 baş və ya 3,3 faiz, 2019-cu ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə 401 baş və ya 5,0 faiz, 2018-ci ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə isə 3313 baş və ya 30,5 faiz azalmışdır. Qeydə alınmış ev quşlarının hamısı fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında olmuşdur.
Atlar. Cari il yanvarın 1-i vəziyyətinə keçirilmiş uçota alınmanın nəticələrinə görə atların ümumi sayı 21 baş olmuşdur ki, bu da 2020-ci ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə 3 baş və ya 16,7 faiz artmış, 2019-cu ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə 4 baş və ya 16,0 faiz, 2018-ci ilin 1-i yanvar vəziyyəti ilə müqayisədə 103 baş və ya 83,1 faiz azalmışdır. Cəmi atların 76,2 faizi və ya 16 başı fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında olmuşdur.
Arı ailəsi. 2021-ci il 1-i yanvar vəziyyətinə keçirilmiş uçota alınmanın nəticələrinə görə 2020-ci illə müqayisədə 6,0 faiz və ya 9 arı ailəsi artaraq, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz və ya 697 arı ailəsi azalaraq, 2018-ci illə müqayisədə 45,5 faiz və ya 50 arı ailəsi artaraq 160 olmuşdur ki, onların da hamısı şəхsi təsərrüfatlarda olmuşdur.
Şərhlər bağlıdır.