Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zəfərimizin 100 günü

322

Mingəçevir Gənclər Evi və minfo.az  portalının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərə Gedən Yol” layihəsi davam edir. Zəfərimizin 100 günü ərəfəsində layihənin növbəti qonaqları İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ordumuzun sıralarında düşmənə qarşı mübarizə aparan şəhərimizin və ailəmizin qəhrəmanları olub.

Görüş Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüş zamanı bizimlə olan Vətən müharibəsi qazi və iştirakçıları: Elgün Mehdiyev, Xəlil Hüseynli, Asim Misirzadə, İmama Məmmədzadə, Elvin Namazov, Rəhim Çələbiyev, Namiq İbrahimli, Samid Musayev, Elnur Abdullayev, Ziyəddin Çələbiyev, Fərid Hacıyev və Elvin Həşimov 44 günlük Zəfər yürüşündə bilmədiyimiz məqamlardan danışıb. Müasir dövrdə gənclərimizin Vətənə olan sevgisi və bağlılığından danışan qəhrəmanlarımız yeniyetmə və gənclərdə bundan sona da vətənpərvərlik duyğusunun gücləndirilməsi, milli dəyərlərimizə, azərbaycançılıq ideologiyasına bağlı olmaları məqsədilə hansı addımların atılmalı olduğuna toxunublar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tariximizin şanlı səhifələrini yazan qəhrəmanlarımız öz təəssüratlarını bölüşüb, gələcək hədəfləri ilə bağlı məlumat veriblər. Daha sonra gənclərin sualları cavablandırılıb.

Şərhlər bağlıdır.