“Yarat, inkişaf et, töhfə ver” layihəsi Şəmkirdə
Göygol Gənclər və Karyera Mərkəzinin əməkdaşları Raul Abbaszadə və Nəzrin Dəmirli “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Şəmkir Gənclər və Karyera Mərkəzində ART Terapiya təlimlərində iştirak edir. Təlim iştirakçılar pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlarla art terapiya texnikası ilə işləyəcəklər. Təlimlər zamanı iştirakçılar incəsənət vasitəsilə qorxuların aradan qaldırılması, psixoloji dəstək, fövqəladə vəziyyətlərdə – müharibə, epidemiya, təbii və texnogen qəzalar zamanı insan psixikasının reaksiyaları haqda öyrənəcək və onların aradan qaldırılması üsullarını araşdıracaqlar.
“Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilir.
Şərhlər bağlıdır.