Koronavirus təhlükəsi ilə əlaqədar Mingəçevirə giriş-çıxış məhdudlaşdırılıb
Koronavirus pandemiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində Mingəçevir şəhərinin hər iki giriş və çıxışı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Postlara yaxınlaşan sürücülərin qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara giriş-çıxışın mümkün olub-olmadığı izah edilir.
Gün ərzində digər bölgələrdən Mingəçevirə gələn nəqliyyat vasitələri geri qaytarılıb. Həmin maşınların sürücülər qadağa ilə bağlı məlumatlarının olmamasını bildiriblər.
Şərhlər bağlıdır.