26 iyun- BMT-nin Ümumdünya Narkotiklərlə mübarizə günüdür
Bunu Gənclər Evində keçirilən Narkotiklərlə mübarizəyə həsr olunmuş tədbirdə həkim Nurəddin Ələkbərov söyləyib. O bildirib ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.Narkotiklərdən ilk dəfə XVIII əsrin əvvəllərində istifadə olunmuşdur. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək,21-ci əsrdə kluminasiya nöqtəsinə çatmışdır. Şəhərimizdə 2011-ci ildə- 323, 2012-ci ildə- 342, 2013-cü ildə isə 352 narkomanın adı qeyd olunub.Hər bir narkoman ildə 10 nəfəri yetişdirir.
Tədbirdə Mingəçevir şəhər İH birinci müavini İlham İsmayılov, Gənclər və İdman idarəsindən Kamal Nəcəfli, ŞPŞ-nin rəisi Ələsgər Bədəlov və gənclər iştirak ediblər. “Bugün 20 nəfəri yığıb maarifləndirmə tədbiri keçiririk. Amma bilgiləndirmə belə olmaz, 120000 əhalisi olan şəhərin 20 fəal gənci arasında təbliğat aparmaqla iş bitmir. Şəhərdə “Narkomaniya nədir, onun fəsadları haqqında” daimi bukletlər paylanmalı, böyük kütləyə- xüsusən də gənclərə narkotik bəlası izah olunmalıdır. Acınacaqlı haldır ki, bugün narkotik istifadəçilərinin əksəriyyəti gənclərdir.Bu millətin faciəsi deməkdir.
İH-nin nümayəndəsi İlham İsmayılov qeyd edib ki, hər ay dövlət komitəsinin işçi qrupu tərəfindən şəhərimizdəki narkomanların sayı və s. ilə bağlı hesabat tələb olunur. Dövlətimiz bu işə çox ciddi yanaşır. Çünki 1 ailədə 1 narkomanın olması bütün ailənin məhvinə gətirir.
Aytən Kosayeva
Şərhlər bağlıdır.