“Uğur” kubokun sahibidir
Forum Şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və Gənclər Evinin təşkilatçılığı, 10 saylı orta məktəbin ev sahibliyi ilə baş tutub. Finalda 14 və 19 saylı orta məktəbin “Qəhrəmanlar” və “Uğur” komandaları yarışıblar. Azərbaycan təhsilində repetitorluğa təsdiq və inkar mövqedən yanaşan komandalar, xırda səhvlərinə baxmayaraq, gözəl oyun nümayiş etdiriblər. Hakimlərin son qərarına əsasın “Uğur” 3 bal fərqi ilə finala çıxaraq, kubokun qalibi olub. Hər iki komandanın üzvlərinə və forumun ən yaxşı spikerinə medallar, digər fəal iştirakçılara isə sertifikatlar təqdim olunub.
Gİİ-nin rəisi Kamal Nəcəfli, DVC-nin Mingəçevir nümayəndəsi Ehtiram Sadıqzadə, keçmiş debatçı Azər Hacıyev, ELTV-nin əməkdaşı İnqilab Şirinbəyli, 19 saylı məktəbin direktoru Gültəkin xanım forumun əhəmiyyətindən danışıblar.
Şərhlər bağlıdır.