“Güvən”Xeyriyyə Cəmiyyəti Mingəçevirdə
Bakı şəhərində fəaliyyət göstərən “Güvən” Xeyriyyə Cəmiyyəti artıq Mingəçevirə də gəlib. GTM-in Mingəçevir nümayəndəsi Tural Kərimovun dediyinə görə, Gənclər Evində bu məqsdlə xüsusi otaq da təşkil olunub: “Öncə geyimlə bağlı köməklik etmək qərarına gəldik. Bu səbəbdən çətinlik çəkən uşaqlar var ki, məktəbdən yayınırlar. İmkansız insanlara hüquqi, ərzaq və tibbi yardımlar ediləcək, müəyyən peşələrə yiyələnmək imkanı yaradılacaq. Belə insanlar arasından istedadlı gəncləri üzə çıxarıb, Gənclər evindəki ingilis və rus dili kurslarına, rəsm və rəqs dərnəklərinə də cəlb edəcəyik”.
Şərhlər bağlıdır.