Təhsildə alternativ dərsliklərə ehtiyac varmı?
Iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə İctimai Problemlərin Tədqiqi Assosiasiyası “Alternativ dərsliklərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan təhsil sisteminə tətbiqinə dəstəyin verilməsi” mövzusunda seminar keçirib.Seminarda bu günkü dərsliklərdə olan nöqsan və çatışmazlıqlar və alternativ dərsliklərə duyulan ehtiyacdan söhbət açlılıb. İctimai Problemlərin Tədqiqi Asossiasiyasının sədri Məhərrəm Zülfüqarlı alternativ dərsliklər haqqında ətraflı məlumat verib. O, bildirib ki, bu günkü təhsildə alternativ dərsliklərə ehtiyac var: “Cəmiyyətdə alternativ dərsliklər haqda məlumat azdır.Alternativ dərsliklərin məqsədi fəqli yanaşma yolu ilə mövzunu düzgün aşılamaqdır”.
Tarix üzrə Elmlər doktoru,professor Minəxanım Əsədova Test suallarının müsbət və mənfi cəhətlərindən,şagirdlərin bu gün repititor yanına getməsinin səbəblərindən danışıb. Mingəçevir Regional QHT Resurs və Təlim Mərkəzinin rəhbəri Fizuli Əsədov da mövzu ətrafında fikirlərini bildirib.
Şərhlər bağlıdır.