Alpaqut Turan döyüş sənətinin sirlərinə yiyələnən Mingəçevir “Tayçszi–Çsyuan” idman-sağlamlıq klubunun 9 üzvü bu günlərdə şəhərimizə 9 medal gətirib. Onlar Bakıda, Şağan Olimpiya İdman Kompleksində keçirilən V respublika çempionatına qatılıblar. 40-a yaxın idman klubunun təmsil olunduğu yarışda mingəçevirlilərin beşi 1-ci, üçü 2-ci və biri isə 3-cü mükafata layiq görülüb.
Bu barədə qəzetimizə klubun məşqçi müəllimi, karate üzrə qara kəmər ustası, Alpaqut Turan Döyüş Sənəti Federasiyası Mingəçevir şəhər şöbəsinin sədri Mehman Məlikov məlumat verib. Onun sözlərinə görə, birinci mükafatı alanlardan biri-9 yaşlı İbrahim Həşimov indiyədək 8 dəfə çempion olub: “İbrahim idmanı həyatının mənasına çevirib. Odur ki, hər turnirdə qalib gələcəyinə, ümidlərimi doğruldacağına inanıram”.
Şərhlər bağlıdır.