Fevralın 13-də YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26 illiyi qeyd edilib. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad etdikdən sonra Heydər Əliyev Mərkəzində yığıncağa toplaşıblar. Təşkilatın sədri Cavanşir Yusubov bildirib ki, 13 fevral 1993-cü ildə təsis yığıncağı keçirilib: “Bu gün 7615 nəfər üzvümüz 61 ərazi təşkilatında birləşib. Təkcə keçən il sıralarımıza 229 nəfər qəbul edilib. Üzvlük haqqının yığımı 13 % artıb”.
Yığıncaqda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, şura üzvlərindən Əyyub Əyyubov, Ramiz Kərimov və Mirzə Cavadov çıxış edərək, təməli Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıblar.
Tədbirdə konsert proqramı ilə başa çatıb.
Şərhlər bağlıdır.