52 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb
Noyabrın 15-də Mingəçevirdə keçirilən növbəti əmək yarmarkasına 36 müəssisə və təşkilat 171 boş iş yeri çıxarıb. 25 dövlət və 9 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim edilən iş yerləri üçün 105 manatdan 550 manatadək əmək haqqı təklif olunub. Gunun sonuna yaxın şəhər Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədovun verdiyi məlumata görə, iş üçün müraciət edənlərdən 52-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıblar. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar. Noyabırn sonunda Mingəçevirdə tələbə və məzunlar üçün \”Karyerada ilk addım\” adlı yarmarka da təşkil olunacaq.
Şərhlər bağlıdır.