“5+ Market” yenidən fəaliyyətə başlayıb
Vaxtilə Mingəçevirdə ən böyük mağazalardan biri olan və müəyyən səbəblərdən xidmətini müvəqqəti dayandıran “5+Market” bu gün, dekabrın 4-də qapılarını yenidən müştərilərin üzünə açıb. Böyük insan izdihamının müşaiyəti ilə marketin açılış mərasimi keçirilib. Marketin rəhbəri Mais Yusifovun verdiyi məlumata görə, Mingəçevir əhalisinin istək və tələbatını nəzərə alaraq, yenidən bazara qayıdblar: “Həm işsizlik probleminin, həm də qiymət artımının olduğu bir vaxtda biz müştərilərimizi yeni və güzəştli xidmətlərimizlə sevindirəcəyik. Təkcə bir şəbəkəmizdə 100 nəfər işçi çalışır. Get-gedə onların sayı artırılacaq. Bu da o deməkdir ki, əhalinin müəyyən hissəsi öz evinə çörək pulu apara biləcək. Yaxın vaxtda şəbəkəmizi genişləndirmək fikirimiz də var”.
Şəhər sakini Kəmalə Məhərrəmova açılış günündə marketə gələn minlərlə alıcıdan biriydi: “Bu gün ərzaqların bəzilərini hədiyyə etdilər. Amma 22 manata olan yağı almağa imkanım olmadı, onun da üstündə hədiyyə var idi. Kasıblar üçün də bir market açılsa, yaxşı olar”.
Şərhlər bağlıdır.