Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə cəmiyyətin mövcud problemlərindən olan zərərli vərdişlər, onların növləri, onların mövcud fəsadları, onların aradan qaldırılması və bu vərdişlərə qarşı mübariə istiqamətində məlumatların öyrədilməsi üçün təlimlər keçilib. “İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 40 nəfər gəncə mövcud problemlərdən biri olan zərərli vərdişlər, onların yayılma sürəti və yolları, cəmiyyətdə mövcud təbliği, onun qarşısının alınması və mübarizə üsulları, bu mövzuda gənclərin üzərinə düşən məsuliyyət istiqamətində məlumatların ötürülməsindən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin mövcud problemin həllində iştirakçılığının artırılmasına
töhvə verəcəkdir.
Şərhlər bağlıdır.