Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü yekunlaşıb. Görüşün yekununda Səmərqənd Bəyannaməsi imzalanıb. Bəyannamədə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan tezislərə yer verilib.
Səmərqənd Bəyannaməsi TDT-nin ideoloji cəhətləri də burada rol oynayır. Zirvə görüşünün nəticələrinə əsasən TDT çoxtərəfli çərçivə əməkdaşlığını daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğunu sübut edib.
Azərbaycanın Ermənistan üzərində qazandığı tarixi qələbədə TDT-nin inkişafı üçün mühüm hadisə idi və Təşkilat Qarabağdakı və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinə töhfə verməyə hazır olduğunu bildirib . Bu məsələnin Bəyannaməyə salınması TDT tərəfindən atılan mühüm addımlardan biridir.
Türk Dövlətləri Təşkilatı müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığı prioritet addım olaraq qarşıya məqsəd qoyub. Buna görə də TDT çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik görüşlərinin davam etdiriləcəyi bildirib.
Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan həmvətənlərimizin təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların hüquqlarının müdafiyə olunması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirib.
Türk dövlətlərindən kənarda yaşayan vətəndaşlarımızın öz ana dilində təhsil almalarının təşkilatın gündəliyində duran prioritet vəzifələrdən olmalıdır deyə qeyd edib. Bu istiqamətdə lazımi addımların atılmasının zəruri olduğunu vurğulayıb.
Ölkə başcısı Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini bildirərək, xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün birlikdə çalışmağın zəruruiliyini bildirib .
Şərhlər bağlıdır.