Bizimlə həyatınız həmişə işıqlı olacaq!

35 il qabaq tikilən məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

196

Müasir, yeniləşən məktəblər sırasına Mingəçevirdə 16 saylı orta məktəb də əlavə edilib. Səməd Vurğunun adını daşıyan təhsil ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və məktəbin direktoru Sevinc Həsənova sentyabrı 12-də məktəbdə olublar. təhsil ocağının təmirdən sonrakı vəziyyəti ilə yaxından tanış olublar.

Sevinc xanımın dediyinə görə, məktəbdə yeni tədris ilində 31 sinif və 3 məktəbəqədər hazırlıq qrupunda 713 şagird təhsil alacaq, 60 nəfərlik pedaqoji heyət onların təhsili ilə məşğul olacaq: “Xeyli müddətdir ki, əsaslı təmirə dayandırılan məktəbimizin kollektivimizin ixtiyarına  veriləcəyi günü gözləyirdik. Bu sevinci bizə bəxş etdiyinə ölkə başçısına, Heydər Əliyev Fondunun prezidentinə və Təhsil nazirinə təşəkkürümüzü bildirirəm. Öıkəmizdə gərgin əməyin  və uzaqgörən siyasətinin nəticəsi olan “Yeniləşən Azərbaycana yeni məktəblər”siyasəti daha aydın sabahımızdan xəbər verir”.

1176 yerlik şagird üçün nəzərdə tutulan məktəb binası  müasir tipli istilik sistemi, idman zalı, yeməkxana, kitabxana, oxu zalı, fənn kabinetləri, laboratoriya və geniş sinif otaqlarından ibarətdir. Məktəbin ilk binası 1985-ci ildə inşa edilsə də, son 30 ildə yararsız vəziyyətə düşmüşdü və bu səbəbdən ötən tədris ilindən təmirə dayandırılmışdı.

Şərhlər bağlıdır.