Türkiyənin məhşur aktyoru, yazıçı və jurnalisti Rıza Akın dünyasını dəyişib.
Səhər saatlarında Türkiyə mətbuatında yayılan bu xəbər aktyorun sevənlərini kədərə boğub. Aktyor bir çox uğurlu layihələrdə rol alıb, sonuncu dəfə “Sevmədim demə” filmi ilə böyük ekranlara çıxıb.
Ötən gün vəziyyəti pisləşən 65 yaşlı aktyoru xəstəxanaya aparıblar. Aparılan yoxlamalardan sonra onun beyninə qan sızdığı məlum olub. Dərhal əməliyyat olunan Akının müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Vəziyyəti ağır olaraq qalan Rza Akın, bu gün səhər saatlarında həyatını itirib.
Qeyd edək ki, bir çox serial və filmlərdə rol alan aktyor yaddaşlarda daha çox “Alev Alev”, “Kardeş payı”, “Maral”, “Cesur yürek”, “Can evim”, “Dayı”, “Kalp yarası” kimi seriallardakı rolları ilə qalıb.
Şərhlər bağlıdır.