32 yaşlı Mingəçevir sakini dəm qazından boğuldu
32 yaşlı Nuriyə Albalıyeva hamamda çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ailə üzvü Mətləb Albalıyevin dediyinə görə, axşam saatlarında teleseriala baxarkən reklam arası Nuriyə vanna otağına keçib: “Heç 10 dəqiqə çəkmədi. Serial başlayan kimi Nazlı xanım aşağıya düşdü ki, qızı çağırsın. Hamamın qapısını açanda qız başı şampunlu anasının qucağına yıxıldı. Sən demə zəhərlənibmiş, xəbərimiz olmayıb”.
M.Albalıyev onu da dedi ki, həmin gün şəhərə qaz verilişi dayandırılmışdı: “Yenidən qaz gələndə çox kəskin iy yayıldı. Evdə qapı-pəncərələri açmışdıq ki, iy çəkilsin. Hava küləkli olduğundan qazın tustu borusunu aşağı salmışdıq ki, külək qazı söndürməsin. Vallah, heç bilmirik hadisə necə oldu. Həyatımıza birinci zərbəni qaçqınlıq həyatı vurdu, ikinci zərbəni də indi aldıq. Hələ də özümüzə gələ bilmirik”.
Nuriyə Albalıyeva təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər bağlıdır.